logo

2-ci turnir püşkatması


AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə dövlət və özəl müəssisələr (banklar, şirkətlər, holdinqlər və s.) arasında təşkil etdiyi mini-futbol turnirinin bu gün püşkatma mərasimi keçirilib. Çempionatın təşkilində əsas məqsəd bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, dövlət və özəl müəssisələrdə çalışan şəxslərin, veteran futbolçuların, futbolsevərlərin asudə vaxtlarının səmərəli keçirilməsidir.

Turnirdə 20 komanda iştirak edəcək. Püşkün nəticəsinə uyğun olaraq, komandaların qruplar üzrə bölgüsünü baxmaq üçün bura klik edin.