logo

Əsasnamə

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi və İctimai Futbol Təşkilatları İctimai Birliyinin (İFT İB) təşkilatçılığı dövlət və özəl müəssiələr arasında keçiriləcək "Futbol Liqası" yarışının

Əsasnaməsi


1. Məqsəd və vəzifələr
1. "Futbol Liqası" aşağıdakı məqsədlər üçün keçirilir:
* Futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləvililiyinin artırılması.
* Dövlət və özəl müəssiələrdə, bank sektorunda çalışan insanların, veteran futbolçuların və futbolsevərlərin asudə vaxtlarının səmərəli keçirməsi və sağlam bədəndə sağlam ruh prinsipi əsasında.
* Dövlət və özəl müəssiələrdə çalışan vətəndaşlar arasında xoş ünsiyyətin və əməkdaşlığın yaradılması
* "Futbol Liqası" qalibini və komandaların çempionatın yekununda tutduqları yerləri müəyyən etmək.

2. Yarışın rəhbərliyi
* "Futbol Liqası" AFFA-nın dəstəyi və İctimai Futbol Təşkilatlar İctimai Birliyinin rəhbərliyi altında keçirilir.
* "Futbol Liqası"nda bir şirkət 2 (iki) komanda ilə təmsil oluna bilər, həmçinin 2 şirkət birləşib 1 komanda ilə də yarışda iştirak edə bilərlər.

3. Liqanın iştirakçılar
* "Futbol Liqası"nda Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

4. Qeydiyyat qaydaları
* Sifariş sənədləri Liqanın başlanmasına 5 gün qalmış İctimai Futbol Təşkilatları İctimai Birliyinin ofisinə təqdim olunmalıdır. Sifariş sənədləri göstərilən müddətdən gec təqdim olunarsa, komanda və ya komandalar turnirə buraxılmayacaqlar.

5. “Futbol Liqası”da iştirak üçün aşağıdakı sənədlər tələb olunur:
* İştirakçıların şəxsiyyətini təsdiq edən sənəd və ya pasport (sürəti)
* Əmək kitabçası, əmək müqaviləsi və ya xidməti müqavilə həmin şirkətin Kadrlar şöbəsi tərəfindən təsdiq edilmiş surəti.
* Hər bir komandanın heyətində olan işçi və ya işçilər ən azı 3 (üç) ay həmin şirkətdə çalışmalıdır. Bu səbəbdən bütün işçilərin sənədlərdə bu müddət mütləq öz əksini tapmalıdır.

6. "Futbol Liqası"nın keçirilmə şərtləri
* Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur.
* "Futbol Liqası"nın təqvimi bir dəfə tərtib edilərək komandalara təqdim olunacaq. Heç bir komanda oyunun başqa vaxta keçirilməsini tələb edə bilməz. Müstəsna hallarda oyunların vaxtı dəyişdirilə bilər. Dəyişdiriləcək oyunların vaxtı üçün hər iki komandanın rəhbərinin yazılı ərizəsi İFTİB-nın əməkdaşlarına təqdim edilməlidir.
* Qarşılaşmalar iki hissədən ibarətdir. Hər hissə 20 (iyirmi) dəqiqədir və hissələr arasında fasilə 5 (beş) dəqiqədə olacaqdır.
* Hər bir komandanın hər hissədə 1 (bir) dəfə “taym out” götürməsinə icazə var.
* Götürülən “taym out”lar ərzində oyunun vaxtı saxlanılır.
* Hissələrin əsas vaxtına vaxt əlavə olunmayacaq. Bu yalnız müstəsna hallarda baş verəcək.
* “Futbol Liqası”nın oyunları zamanı texniki zonada hər komandadan yalnız 2 (iki) nəfər mülki geyimli şəxsin dayanmasına icazə verilir.
* Oyunların gedişində futbolçuların əvəzetmələrinə məhdudiyyət qoyulmur.
* Qapıçı 4 saniyədən artıq özündə topu özündə saxlaya bilməz. Bu qayda out atışları və küncdən zərbələr zamanı da qüvvədədir.
* Oyun ərzində qapıçıya yalnız bir dəfə ötürülmə verilə bilər. İkinci ötürmə zamanı mərkəz xəttinin keçməsi şərtdir.
* Qarşılaşmalar zamanı 5 cərimə zərbəsindən sonra hər cərimə 10 metrəlik zərbə ilə tamamlanacaq.
* Komandaların heyətlərində əlavə sifarişlər qəbul olunmur.
* Komandalara təqdim edilən sifariş vərəqəsinə 14 (on dörd) futbolçunun adı daxil edilir. Oyunun protokoluna da 13 futbolçunun adı və soyadları daxil edilməlidir.
* Qarşılaşmanın başlamasına 10 dəqiqə qalmış matçın protokolu komandanın kapitanları tərəfindən doldurulmalıdır.
* İlk olaraq protokolu nominal meydan sahibinin kapitanı doldurmalıdır.
* Komandalardan biri oyuna gəlmədiyi halda ona texniki məğlubiyyət verilir (0:5 hesabı ilə). Qeyd edək ki, 0:5 hesablı texniki məğlubiyyət verilirsə bu turnir cədvəlində öz əksini tapacaqdır. Həmin 5 (beş) qol da turnir cədvəlinə əlavə olunacaqdır. Əgər hər iki komanda oyuna gəlməzsə, ikisi də texniki məğlubiyyətlə üzləşməli olacaq. Bu zaman da toplar turnir cədvəlində öz əksini tapmalı olacaq.
* Futbol Liqasındakı oyunlar yalnız hər iki komandanın yazılı razılığı əsasında təxirə salına bilər. Əgər bir komanda göstərilmiş təqvimə əsasən, oyunun başqa vaxta keçirilməsini istəmirsə, qarşılaşmanın vaxtı dəyişməz qalacaqdır.
* “Futbol Liqası"da peşəkar futbolçunun çıxışı qəti qadağandır.
Bu hallara sonradan rast gəlinsə, həmin futbolçunun lisenziya vərəqəsi alınacaq və həmin oyunçu növbəti oyunlara buraxılmayacaq. Həmin komanda haqqında (Təşkilat Komitəsi) qərar verəcək.
* Peşəkar futbolçu dedikdə, bu yalnız son üç mövsümə yəni (2012/13, 2013/14, 2014/15) aid edilir.
* Peşəkar futbolçunun ilk növbədə AFFA və Peşəkar Futbol Liqasında peşəkar futbolçu müqaviləsi olmalıdır.
* Peşəkar futbolçu dedikdə, bu yuxarıda göstərilən mövsümlərdə Azərbaycan Premyer Liqası, Birinci divizion, Futzal yüksək liqası (rəsmi şəkildə klubla peşəkar müqaviləsi olan), əvəzedicilərin çempionatı, Çimərlik milli komandasında oynamasın (Çimərlik millisində rəsmi oyuna çıxmamalıdır).
* “Futbol Liqası dairəvi sistem üzrə keçiriləcək. 1 (bir) dövrədən ibarət olacaq Liqada ən çox xal toplamış komanda çempion adını qazanacaqdır.
* “Futbol Liqası”nda hava şəraiti ilə əlaqədar oyunların keçirilib-keçirilməyəcəyinə Təşkilat Komitəsi qərar verəcəkdir.

8. Oyunların keçirilmə yeri
* “Futbol Liqası”nda oyunlar İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən müəyyənləşdirilmiş meydanlarda keçirilir.
* Oyunlar İFTİB-nin rəhbərliyi tərəfindən həyata keçirilir.

* Öhdəliklər
a. Oyun başlanmazdan əvvəl hər iki komandanın 10 dəqiqə məşq etməsi üçün meydana buraxılması və toplarla təmin etmək.
b. Hakimlərin işləməsi üçün normal şərait yaradılmalıdır.
c. Oyunların fasiləsində və oyunlardan sonra komandalar su ilə təmin olunmalıdır.
d. Oyunlardan əvvəl və sonra komandalar paltardəyişmə otağı ilə təmin olunmalıdır.

9. Komandaların öhdəlikləri
* “Futbol Liqası”nda iştirak edəcək komandalar hərəyə müxtəlif rəngli 2 (iki) dəst forma götürməlidirlər (1 dəst formanın olması isə əsas şərtdir). Formaların kürəyində nömrələr olmalıdır. Nömrə formadan tam seçilməlidir.
* Qapıçının forması rənginə görə hər iki komandanın futbolçularının və hakimlərin formalarından tam şəkildə seçilməlidir. Hər iki komandanın forması eyni rəngdə olacaqsa, hakimlər tərəfindən təyin olunacaq püşkün nəticəsinə əsasən komandalardan birinə üst geyimi veriləcək.
* Hər bir şirkət oyundan əvvəl, oyun zamanı və oyundan sonra baş verəcək hadisələrə cavab verməli olacaq. Meydançada və təyin olunmuş yerlərdə (paltardəyişmə otaqlarında, müəyyən ərazilərdə) baş verəcək hadisələrə təyin olunmuş komandanın rəhbəri tam cavabdeh olacaqdır.
* Hər bir komandanın heyətində 1 (bir) nəfər rəhbər şəxs təyin olunmalıdır və həmin şəxs İFTİB-nin rəhbərliyi ilə baş verəcək hadisələrin qarşısını almaq üçün xüsusi sənəd imzalayacaq.
* Təşkil olunan "Futbol Liqasında" zədələnən hər bir oyunçuya meydançada ilkin tibbi yardım göstəriləcəkdir. Oyunçuların zədələnməsinə AFFA və İFTİB cavabdehlik daşımır.

10. Hakimlik
* “Futbol Liqası"nın oyunları AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər idarə edəcək. Matçlar 2 (iki) referi tərəfindən idarə olunacaq.

11. Mükafatlandırma və üzvlük haqqı
* “Futbol Liqası”nda ilk 3 (üç) yeri tutacaq komandaların oyunçuları, müvafiq medallar, kuboklar və İctimai Futbol Təşkilatları İctimai Birliyinin hazırladığı diplomlarla təltif olunacaq.
* Bundan başqa, "Futbol Liqası"nın qalibləri ən yaxşı futbolçu, ən yaxşı qapıçı, feir-play komandası, ən sərrast futbolçusu, AFFA-nın və İctimai Futbol Təşkilatları İctimai Birliyinun hazırladığı hədiyyələrlə mükafatlanacaqdır.

12. Cəzalar
* “Futbol Liqası” nın oyunlarında müxtəlif matçlarda iki (iki) sarı vərəqə alan oyunçu növbəti turun oyununu buraxır. 2 sarı vərəqə alan futbolçunun adı növbəti oyunda iştirak ərizəsinə salınmazsa və həmin oyunda rəqib komandaya texniki məğlubiyyət verilərsə onun aktivindəki vərəqələr silinmiş olacaq.
* “Futbol Liqası"nın oyunları zamanı qırmızı vərəqə alan futbolçu isə avtomatik olaraq növbəti turun oyununu buraxır. (Həmin futbolçunun aktivindəki sarı vərəqələr saxlanılır).

13. Protestlər

* Protest verən komandanın kapitanı oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protest oyunun protokolunda öz əksini tapmalıdır. Protest komandanın kapitanı tərəfindən imzalanmalı və 24 saat ərzində İctimai Futbol Təşkilatları İctimai Birliyinin nümayəndəsinə təqdim olunmalıdır.
24 saatdan sonra heç bir komandanın şikayətinə baxılmayacaq.
*Aşağıdakı hallarda protestlərə baxılmır:
a. 6 (altı) metrlik cərimə zərbəsinin təyin olunması və təyin olunmaması barədə.
b. Topun qapı xəttini keçib-keçməməsi ilə bağlı.
Bu iki məsələ istisna olmaqla matçın protokolunda qeyd olunan bütün protestlərə baxılacaq.
c. Digər məsələlərə isə Təşkilat Komitəsi tərəfindən baxılacaqdır.

14. Qaliblərin müəyyən olunması
* Komandaların “Futbol Liqası”nın turnir cədvəlində tutduğu yerlər toplamış xallara görə müəyyən olunur.
* Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir.
* Komandaların xalları eyni olduğu təqdirdə turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən edilir.
a. Komandaların öz aralarındakı keçirdiyi oyunun nəticələrinə əsasən
(Əgər iki və daha artıq komandalar eyni sayda xal toplayarsa, onda yalnız həmin mövqedə qərarlaşan komandaların öz aralarındakı oyunların nəticələri və top fərqləri hesablanacaqdır).
b. Ən çox qələbə qazanmış komanda.
c. Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
d. Ən az qayda pozuntularına görə (yəni ən az sarı (1 xal) və qırmızı (3 xal) vərəqə alan komanda turnir cədvəlində daha yüksək pilləni tutur).