NƏTİCƏLƏR



11:4
  • MEDİA LİQASI
  • 18.10.2023

ƏN YAXŞI ANLAR

2010-cu ildən rəsmi şəkildə fəaliyyətə başlayan İctimai Futbol Təşkilatları İctimai Birliyi AFFA-nın dəstəyi ilə Nizamnamədə göstərilən punktlara əsasən, futbolsevər üçün bir neçə layihənin əsasını qoyub. Belə ki, təşkilatımız ölkədə ilk dəfə olaraq dövlət və özəl müəssisələr arasında futbol çempionatları təşkil edib. Bu müddət ərzində təşkilatımız dövlət və özəl müəssisələr arasında 11 dəfə Futbol çempionatı keçirib. Bu yarışlarda ümumilikdə ölkənin 100-ə yaxın müəssisələri iştirakçı olub. Bundan başqa, təşkilatımız bir neçə böyük şirkətlərin daxili futbol yarışlarını təşkil edib. İş birliyi olaraq əsasən futbol yönümlü sahəyə fokslanan İctimai Futbol Təşkilatları müxtəlif illərdə KİV nümayəndələri arasında da önəmli layihələr həyata keçirib. Əsasən, xeyriyyə məqsədləri üçün futbol veteranları və  AFFA ilə birlikdə bir neçə layihə təşkil edilib.