logo

"10-cu Futbol Liqası" Haqqında

AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyi dövlət və özəl müəssisələr (banklar, şirkətlər, firmalar, holdinqlər və s.) arasında ənənəvi Futbol Liqası təşkil edir. Liqanı keçirməkdə əsas məqsədimiz futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, dövlət və özəl müəssisələrdə çalışan insanların, veteran futbolçuların, futbolsevərlərin asudə vaxtlarının səmərəli keçirilməsidir.
"10-cu Futbol Liqası"nda 9 komanda qalib adı uğrunda mübarizə aparacaq. Oyunlar AFFA-nın Futbol Akademiyasının meydançasında keçiriləcək. Qarşılaşmalar həftənin 1-ci və 2-ci günləri baş tutacaq.
Liqa dairəvi sistem üzərində keçiriləcək. Yarış 1 (bir) dövrədən ibarət olacaq. Bütün komandalar çempionat ərizində biri-biriləri bir dəfə görüşə biləcəklər. Futbol Liqasında maksimum 3 şirkət birləşib 1 komanda ilə təmsil oluna bilərlər. Turnirdə Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşlarının iştirakı da mümkündür. Liqada ilk üç yeri tutacaq komandaların oyunçuları, müvafiq medallar, kuboklar diplomlar və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Bundan başqa, AFFA-nın hazırladığı hədiyyələr də qaliblərə paylanılacaq.

10-cu "Futbol Liqası"nın iştirakçı komandaları
1. Park İnn Hotel
2. Kempinski Hotel
3. Paşa Bank
4. ACSC
5. Time Sport L.
6. Azerconnect
7. AGBank
8. Hydrasun Rapid S.