logo

Əsasnamə

image

Futbol Liqası 2012/2013
ƏSASNAMƏ

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi və İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək Futbol Liqasının 

Əsasnaməsi

1. Məqsəd və vəzifələr
1. “Futbol Liqası” aşağıdakı məqsədlər üçün keçirilir:
* 2012-ci il “İdman İli” ilə əlaqədar Futbolsevərlər arasında bu idman növünün təbliği.
* Futbolun kütləvililiyinin artırılması.
* Dövlət və özəl müəssisələrdə çalışan insanların, veteran futbolçuların və futbolsevərlərin asudə vaxtlarının səmərəli keçirməsi və sağlam bədəndə sağlam ruh prinsipi əsasında.
* Şirkətlər arasında xoş ünsiyyətin və əməkdaşlığın yaradılması
* “Futbol Liqası” nın qalibini və komandaların çempionatın yekununda tutduqları yerləri müəyyən etmək.

2. Yarışın rəhbərliyi
* “Futbol Liqası” AFFA-nın dəstəyi və İctimai Futbol Təşkilatlar İctimai Birliyinin rəhbərliyi altında keçirilir.
* “Futbol Liqası”da bir şirkət 2 (iki) və daha artıq komanda ilə təmsil oluna bilər.
* “Futbol Liqası”nda maksimum 3 şirkət birləşib 1 komanda ilə təmsil oluna bilər.

3. İştirakçılar
* “Futbol Liqası”da Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

4. Qeydiyyat qaydaları
* Sifariş sənədləri Liqanın başlanmasına 10 (on) gün qalmış İctimai Futbol Təşkilatları İctimai Birliyinin ofisinə təqdim olunmalıdır. Sifariş sənədləri göstərilən müddətdən gec təqdim olunarsa, komanda və ya komandalar turnirə buraxılmayacaq.
* Hər bir komanda “Futbol Liqası”da iştirak etmək üçün 800 (səkkiz yüz) AZN məbləğində üzvlük haqqı ödəməlidir.

5. “Futbol Liqası”da iştirak üçün aşağıdakı sənədlər tələb olunur:
* İştirakçıların şəxsiyyətini təsdiq edən sənəd və ya pasport (əsli və sürəti)
* 4x3 ölçüdə 2 (iki) ədəd fotoşəkil və anketin doldurulması. Şəkillərdən biri anketin üzərinə yapışdırılır. Digər şəkilin isə elektron variantı diskə yazılmalı və İctimai Futbol Təşkilatları İctimai Birliyinin ofisinə təqdim olunmalıdır.
* Əmək kitabçası və əmək müqaviləsinin təsdiq edilmiş sürəti.
* Hər bir komandanın heyətində olan işçi və ya işçilər ən azı 3 (üç) ay həmin şirkətdə çalışmalıdır. Bu səbəbdən bütün işçilərin sənədlərdə bu müddət mütləq öz əksini tapmalıdır.
* Hər hansı bir komanda rəqibin heyətində “Lipa” futbolçu kimi şikayət edərsə, həmin komandanın rəhbərliyinə futbolçunun əmək kitabçası, əmək müqaviləsi və ya xidməti müqavilənin təsdiq olunmuş sürəti təqdim olunacaq. Əmək kitabçası və ya əmək müqaviləsində şirkətin möhürü və həmin şirkətin rəhbərliyinin imzası olacağı təqdirdə Təşkilat Komitəsi futbolçunun “lipa” olub-olmamasına heç bir məsuliyyət daşımır.

6. “Futbol Liqası” nın keçirilmə şərtləri
* Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur.
* “Futbol Liqası” nın təqvimi bir dəfə tərtib edilərək komandalara təqdim olunacaq. Heç bir komanda oyunun başqa vaxta keçirilməsini tələb edə bilməz.
* Oyunlar yalnız müstəsna hallarda başqa zamana keçirilə bilər.
* Qarşılaşmalar iki hissədən ibarətdir. Hər hissə 20 (iyirmi) dəqiqədir və hissələr arasında fasilə 5 (beş) dəqiqədə olcaqdır.
* Hər bir komandanın hər hissədə 1 (bir) dəfə “taym out” götürməsinə icazə var.
* Götürülən “taym out”lar ərzində oyunun vaxtı saxlanılır.
* Hissələrin əsas vaxtına vaxt əlavə olunmayacaq. Bu yalnız müstəsna hallarda baş verəcək.
* Hər bir komandanın futbolçuları meydana onlara AFFA tərəfindən verilən Futbolçu Lisenziyası ilə daxil olmalıdır. Futbolçu Lisenziyası olmayanların oyunda iştirakına icazə verilmir.
* “Futbol Liqası” nın oyunları zamanı texniki zonada hər komandadan yalnız 2 (iki) nəfər mülki geyimli şəxsin dayanmasına icazə verilir.
* Oyunların gedişində futbolçuların əvəzetmələrinə məhdudiyyət qoyulmur.
* Qapıçı 4 saniyədən artıq özündə topu özündə saxlaya bilməz. Bu qayda out atışları və küncdən zərbələr zamanı da qüvvədədir.
* Oyun ərzində qapıçıya yalnız bir dəfə ötürülmə verilə bilər. İkinci ötürmə zamanı mərkəz xəttinin keçməsi şərtdir.
* Komandaların heyətlərində əlavə sifarişlər qəbul olunmur.
* Komandalara təqdim edilən sifariş vərəqəsinə 18 (on səkkiz) futbolçunun adı daxil edilir. Oyunun protokoluna da 18 futbolçunun adı və soyadları daxil edilməlidir.
* Qarşılaşmanın başlamasına 10 dəqiqə qalmış matçın protokolu komandanın kapitanları tərəfindən doldurulmalıdır.
* İlk olaraq protokolu nominal meydan sahibinin kapitanı doldurmalıdır.
* Komandalardan biri oyuna gəlmədiyi halda ona texniki məğlubiyyət verilir (0:5 hesabı ilə). Qeyd edək ki, 0:5 hesablı texniki məğlubiyyət verilirsə bu turnir cədvəlində öz əksini tapacaqdır. Həmin 5 (beş) qol da turnir cədvəlinə əlavə olunacaqdır. Əgər hər iki komanda oyuna gəlməzsə, ikisi də texniki məğlubiyyətlə üzləşməli olacaq. Bu zaman da toplar turnir cədvəlində öz əksini tapmalı olacaq.
* Futbol Liqasındakı oyunlar yalnız hər iki komandanın yazılı razılığı əsasında təxirə salına bilər. Əgər bir komanda göstərilmiş təqvimə əsasən, oyunun başqa vaxta keçirilməsini istəmirsə, qarşılaşmanın vaxtı dəyişməz qalacaqdır.
* “Futbol Liqası”da peşəkar futbolçunun çıxışı qəti qadağandır.
Bu hallara sonradan rast gəlinsə, həmin futbolçunun lisenziya vərəqəsi alınacaq və həmin oyunçu növbəti oyunlara buraxılmayacaq. Həmin komandanın aktivindən isə xallar silinəcəkdir. (Silinəcək xallara Təşkilat Komitəsi qərar verəcəkdir).
* Peşəkar futbolçu dedikdə, bu yalnız son dörd mövsümə yəni (2009/10, 2010/11, 2011/12, 2012/13) aid edilir.
* Peşəkar futbolçu dedikdə, bu yuxarıda göstərilən mövsümlərdə Azərbaycan Premyer Liqası, Birinci divizion, Futzal yüksək liqası, əvəzedicilərin çempionatı, Azercell U-17 liqası, Çimərlik milli komandasında oynamasın.
* “Futbol Liqası”nda çıxış edən komandaların heyətində Futzal 1-ci dəstədə oynayan futbolçuların iştirakına icazə verilir.
* “Futbol Liqası dairəvi sistem üzrə keçiriləcək. 1 (bir) dövrədən ibarət olacaq Liqada ən çox xal toplamış komanda çempion adını qazanacaqdır.
* “Futbol Liqası” nda hava şəraiti ilə əlaqədar oyunların keçirilib-keçirilməyəcəyinə Təşkilat Komitəsi qərar verəcəkdir.

8. Oyunların keçirilmə yeri
* “Futbol Liqası” nda oyunlar İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən müəyyənləşdirilmiş meydanlarda keçirilir.
* Oyunlar İFTİB-nin rəhbərliyi tərəfindən həyata keçirilir.

* Öhdəliklər
a. Oyun başlanmazdan əvvəl hər iki komandanın 10 dəqiqə məşq etməsi üçün meydana buraxılması və toplarla təmin etmək.
b. Hakimlərin işləməsi üçün normal şərait yaradılmalıdır.
c. Oyunların fasiləsində və oyunlardan sonra komandalar su ilə təmin olunmalıdır.
d. Oyunlardan əvvəl və sonra komandalar paltardəyişmə otağı ilə təmin olunmalıdır.

9. Komandaların öhdəlikləri
* “Futbol Liqası”nda iştirak edəcək komandalar hərəyə müxtəlif rəngli 2 (iki) dəst forma götürməlidirlər. Formaların kürəyində nömrələr olmalıdır. Nömrə formadan tam seçilməlidir.
* Qapıçının forması rənginə görə hər iki komandanın futbolçularının və hakimlərin formalarından tam şəkildə seçilməlidir. Hər iki komandanın forması eyni rəngdə olacaqsa, hakimlər tərəfindən təyin olunacaq püşkün nəticəsinə əsasən komandalardan biri üst geyim veriləcək.
* Hər bir şirkət oyundan əvvəl, oyun zamanı və oyundan sonra baş verəcək hadisələrə cavab verməli olacaq.

10. Hakimlik
* “Futbol Liqası” nın oyunları AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər idarə edəcək. Matçlar 2 (iki) referi tərəfindən idarə olunacaq.
* Hakim oyunun başlamasına 20 (iyirmi) dəqiqə qalmış stadionda olmalıdır.
* Oyunları idarə ədəcək hər hakimə bir oyuna görə 10 (on) AZN məbləğində qonarar yazılacaqdır.
* Qarşılaşmalar ərzində meydançada olacaq həkimə də 10 (on) AZN məbləğində qonarar yazılacaq.

11. Cəzalar
* “Futbol Liqası” nın oyunlarında müxtəlif matçlarda 4 (dörd) sarı vərəqə alan oyunçu növbəti turun oyununu buraxır. 4 sarı vərəqə alan futbolçunun adı növbəti oyunda iştirak ərizəsinə salınmazsa və həmin oyunda rəqib komandaya texniki məğlubiyyət verilərsə onun aktivindəki vərəqələr silinmiş olacaq.
* “Futbol Liqası” nın oyunları zamanı qırmızı vərəqə alan futbolçu isə avtomatik olaraq növbəti turun oyununu buraxır. (Həmin futbolçunun aktivindəki sarı vərəqələr saxlanılır).
* Hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alan futbolçu iki oyunluq cəzalandırılacaq.

12. Protestlər
* Protest verən komandanın kapitanı oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protest oyunun protokolunda öz əksini tapmalıdır. Protest komandanın kapitanı tərəfindən imzalanmalı və 24 saat ərzində İctimai Futbol Təşkilatları İctimai Birliyinin nümayəndəsinə təqdim olunmalıdır.
24 saatdan sonra heç bir komandanın şikayətinə baxılmayacaq.
*Aşağıdakı hallarda protestlərə baxılmır:
a. 6 (altı) metrlik cərimə zərbəsinin təyin olunması və təyin olunmaması barədə.
b. Topun qapı xəttini keçib-keçməməsi ilə bağlı.
Bu iki məsələ istisna olmaqla matçın protokolunda qeyd olunan bütün protestlərə baxılacaq.
c. Digər məsələlərə isə Təşkilat Komitəsi tərəfindən baxılacaqdır.

13. Qaliblərin müəyyən olunması
* Komandaların “Futbol Liqası”nın turnir cədvəlində tutduğu yerlər toplamış xallara görə müəyyən olunur.
* Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir.
* Komandaların xalları eyni olduğu təqdirdə turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən edilir.
a. Komandaların öz aralarındakı keçirdiyi oyunun nəticələrinə əsasən.
b. Ən çox qələbə qazanmış komanda.
c. Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
d. Ən az qayda pozuntularına görə (yəni ən az sarı (1 xal) və qırmızı (3 xal) vərəqə alan komanda turnir cədvəlində daha yüksək pilləni tutur).

14. Mükafatlandırma
* “Futbol Liqası”nda ilk 3 (üç) yeri tutan komandaların oyunçuları, müvafiq medallar, kuboklar və İctimai Futbol Təşkilatları İctimai Birliyinin hazırladığı diplomlarla təltif olunacaq.
* Bundan başqa, Liqanın sponsoru və AFFA-nın hazırladığı hədiyyələr də qaliblərə paylanılacaqdır.

* Sonda Təşkilat Komitəsi “Futbol Liqası”nın bombardiri, ən yaxşı futbolçusu və ən yaxşı qapıçısını müəyyən edərək mükafatlandıracaq.