logo

Uşaqlara Yeni il hədiyyəsi

image

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə AFFA ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin əməkdaşları Sabunçu rayonunda yerləşən 22 saylı ruhi və əsəb xəstəliyindən əziyyət çəkən və valideyn himayəsindən məhrum olan uşaqlar üçün sanatoriyada görüş keçiriblər. Tədbirdə İFTİB-nin prezidenti Elxan Tağızadə, veteran futbolçu Asim Xudiyev, Oktay Abdullayev, ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov, dövlət və özəl müəssisələr arasında keçirilmiş Futbol Liqasının iştirakçısı AFB Bankın əməkdaşları iştirak ediblər. Görüş zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.