logo

Futbol Veteranları İttifaqının Konfransı keçirilib

image
AFFA-nın inzibatı binasında Futbol Veteranları İttifaqının Hesabat Konfransı keçirilib. Tədbirdə iştirak edən baş katib Elxan Məmmədov Konfrans iştirakçılarını AFFA rəhbərliyi adından salamlayıb. E.Məmmədov ölkəmizdə futbolun inkişafında veteranların rolunun böyük olduğunu bildirib, assosiasiya tərəfindən futbol veteranlarına hər zaman diqqət və qayğı ilə yanaşıldığını qeyd edib.
Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev hesabat dövrü ərzində görülən işlərlə bağlı məruzə ilə çıxış edib, gələcəkdə həyata keçirilməsi planlaşdırılan məsələlərlə əlaqədar məlumat verib. İclasda iştirak edən veteranlar çıxış edərək təkliflərini səsləndiriblər.
Futbol Veteranları İttifaqının fəaliyyəti qənaətbəxş hesab olunub.
Qeyd edək ki, İctimai Futbol Təşkilatları İctimai Birliyinin rəhbəri Elxan Tağızadə də iclasda iştirak edib.