logo

"Futbol Liqası-2013"ün iştirakçıları Futbol Muzeyində olub

image
İctimai Futbol Təşkilatları İctimai Birliyinin üzvləri ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Futbol Liqası 2013"də iştirak edən komandaların üzvləri ilə görüş keçirib. Yarışın mükafatlandırma mərasimindən sonra İFT-nin üzvləri və qonaqlar AFFA-nın inzibati binasında yerləşən Futbol Muzeyi ilə tanış olublar. Azərbaycan futbolunun tarixi ilə maraqlanan yarış iştirakçıları sonda xatirə şəkilləri çəkdirib.