logo

İFTİB-nin üzvləri və futbol veteranları ilə 3 saylı Uşaq Evini ziyarət edib

image

İctimai Futbol Təşkilatları İctimai Birliyinün üzvləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və tədris ilinin yekunu ilə əlaqədar Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evində tərbiyə alan valideyn himayəsindən məhrum uşaqlarla görüşüb. Tədbirdə İFTİB-nin rəhbəri Elxan Tağızadə, Futbol Veteranları İttifaqının sədri Oktay Abdullayev, ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov iştirak edib. Görüş zamanı uşaqlara idman geyimləri hədiyyə olunub.