logo

"Şərq-Qərb ASC" 6-cı Futbol Liqasının qalibi olub

image
AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin dövlət və özəl müəssisələr arasında təşkil etdiyi Futbol Liqasına yekun vurulub. Ötən həftə 8 komandanın iştirak etdiyi Liqada son turun oyunları baş tutub. Əvvəlcə "Finca Azerbaijan" "Hyatt Hotels Baku" üz-üzə gəlib. Otel təmsilçiləri bu qarşılaşmada məğlub olsa da, Liqanı 3-cü pillədə yekunlaşdırıb. Daha sonra həlledici görüşdə "Şərq-Qərb ASC" "Crystal Motors"u üstələyərək turnirin qalibi olub. "Crystal Motors" isə Liqanı ikinci pillədə başa vurub.Qarşılaşmalar başa çatdıqdan sonra qalib komandalara mükafatlar paylanılıb. Mükafatlandırma mərasimində İctimai Futbol Təşkilatları İB-nin rəhbəri Elxan Tağızadə, veteran futbolçular Asim Xudiyev, Oqtay Abdullayev, Ceyhun Sultanov, Tərlan Əhmədov, Aqil Məmmədov və Mahmud Qurbanov iştirak edib. Qaliblərə kubok, diplomlar və müxtəlif hədiyyələr təqdim olunub. Bununlada, "Şərq-Qərb ASC" İctimai Futbol Təşkilatları İctimai Biriyinin təşkil etdiyi 6-cı Futbol Liqasının qalibi olub.

"Futbol Liqası 2013/2014"də mükafatlananlar
Feir-Play komandası - AGBank
Ən yaxşı futbolçu - Tural Mikayılov (İSR Holdinq)
Ən yaxşı futbolçu - Orxan Binəndə (Landmark)
Ən sərrast futbolçu - Ceyhun Əmirəhmədov (Crystal Motors)
Ən yaxşı Qapıçı - Taleh Azadəliyev (Finca Azerbaijan)

İştirakçı şirkətlər – 8 komanda
1. "Şərq-Qərb ASC", 2. "Crystal Motors", 3. "Hyatt Hotels Baku", 4. "Landmark", 5. "AGBank", 6. "Finca Azerbaijan", 7. "İSR Holdinq", 8. "Azər-Türk Bank".
Qeydiyyatdan keçmiş futbolçu sayı – 103 nəfər.

"Futbol Liqası 2013/2014"də qeydə alınan nəticələr
1-ci tur

FINCA Azerbaijan - Landmark 1:5
AGBank - Hyatt Hotels Baku 3:4
Şərq-Qərb ASC - İSR Holdinq 6:2
Azər-Türk Bank - Crystal Motors 1:5

2-ci tur
FINCA Azerbaijan - Azər-Türk Bank 4:0
İSR Holdinq - Landmark 5:4
Crystal Motors - AGBank 3:4
Hyatt Hotels Bak - Şərq-Qərb ASC 1:6

3-cü tur
Azər-Türk Bank - İSR Holdinq 1:2
AGBank - FINCA Azerbaijan 1:2
Hyatt Hotels Baku - Crystal Motors 2:3
Şərq-Qərb ASC - Landmark 4:6

4-cü tur
Crystal Motors - FINCA Azerbaijan 5:5
İSR Holdinq - Hyatt Hotels Baku 1:5
AGBank - Landmark 2:4
Şərq-Qərb ASC - Azər-Türk Bank 7:0

5-ci tur
FINCA Azerbaijan - İSR Holdinq 4:4
Azər-Türk Bank - Hyatt Hotels Baku 0:6
Landmark - Crystal Motors 2:4
AGBank - Şərq-Qərb ASC 1:4

6-cı tur
Crystal Motors - İSR Holdinq 10:3
FINCA Azerbaijan - Şərq-Qərb ASC 3:3
Hyatt Hotels Baku - Landmark 5:1
AGBank - Azər-Türk Bank 8:3

7-ci tur
Azər-Türk Bank - Landmark 4:5
İSR Holdinq - AGBank 0:7
Hyatt Hotels Baku - FİNCA Azerbaijan 4:5
Crystal Motors - Şərq-Qərb ASC 4:5