logo

Ələkbər Məmmədov dünyasını dəyişib

image
Azərbaycan futbolunun görkəmli nümayəndələrindən biri, əməkdar idman ustası, əməkdar məşqçi, Azərbaycan milli komandasının sabiq baş məşqçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, "Şöhrət" ordenli porofessor Ələkbər Məmmədov vəfat edib.

Mərhumla vida mərasimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilib. Mərasimdə mərhumun ailə üzvləri, hökumət təmsilçiləri, AFFA rəsmiləri, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Ələkbər Məmmədovun Azərbaycan idmanının inkişafındakı müstəsna xidmətlərindən danışıb, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində daim yaşayacağını bildirib.

Mərasim başa çatdıqdan sonra mərhum II Fəxri Xiyabanda dəfn olunub.
AFFA-nın kollektivi futbol ictimaiyyəti adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!