logo

İFT-nin üzvləri və "Futbol Liqası 2014"ün iştirakçıları uşaq evində olublar

image
Ramazan Bayramı münasibətilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin (İFTİB) nümayəndələri və Birliyin təşkil etdiyi "Futbol Liqası 2014"də iştirakçı olmuş komandaların üzvləri Xəzər rayonunda yerləşən 2 saylı uşaq evində olublar. Tədbirdə futbol veteranlarımız Asim Xudiyev və Rüstəm Rəhimov da iştirak edib. Qurumun rəhbəri Elxan Tağızadə burada tərbiyə alan uşaqlara İctimai Futbol Təşkilatları İctimai Birliyinin layihəsi çərçivəsində hədiyyələr təqdim edib.