logo

Növbəti Liqanın qalibi "Crystal Motors" komandası olub

image
AFFA-nın dəstəyi və İctimai Futbol Təşkilatları İctimai Birliyinin (İFT) təşkilatçılğı ilə dövlət və özəl müəssisələr arasında təşkil olunmuş ənənəvi 7-ci Futbol Liqasına yekun vurulub. Aprelin 20-də start götürən yarışın qalibi adını "Crystal Motors" komandası qazanıb. "İSR Holdinq"in birləşmiş komandası 2-ci, "Bank of Azerbaijan" isə 3-cü yeri tutub.

Sonuncu turun oyunları başa çatdıqdan sonra AFFA-nın Futbol Akademiyasının meydançasında Liqanın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Regional Futbol Federasiyası İctimai Birliyinin prezidenti İskəndər Cavadov, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev və İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə iştirak edib. İskəndər Cavadov futbolun inkişafı üçün həyata keçirilən layihələrdən, görülən işlərdən danışıb. Oqtay Abdullayev isə futbolun həm də sağlam həyat tərzini tərənnüm etdiyini bildirib. İFT-nin prezidenti Elxan Tağızadə isə rəhbərlik etdiyi qurum tərəfindən bu cür yarışların mütəmadi keçirildiyini, bununla da insanların futbola daha da yaxın olmalarına nail olmaq istədiklərini bildirib. Mükafatlandırılma mərasiminə isə müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçulara diplomların təqdim edilməsi ilə start verilib. Ən yaxşı futbolçu İSR Holdinqdən Ramil Ələkbərov, bombardir Bank of Azerbaijandan Kamil Tomirov, kapitan Azerconnectdən Samir Məhəmmədov, müdafiəçi AGBankdan Rüstəm Bağırov seçilib. Hyatt Hotels Baku-ya isə Feir Pley mükafatı təqdim edilib. Daha sonra ilk üç yeri tutmuş komandalara kubok, medal və diplomlar təqdim olunub.

Sonda bir daha 7-ci liqa çərçivəsində keçirilmiş oyunların nəticələrini və turnir cədvəlini diqqətinizə çatdırırıq:

I tur
Landmark - Azerconnect 2:2
Bank of Azerbaijan - İSR Holdinq 1:4
AGBank - FINCA Azerbaijan 3:0
Hyatt Hotels Baku - Crystal Motors 2:4

II tur
Azerconnect – AGBank 6:1
FINCA Azerbaijan - Bank of Azerbaijan 2:9
Hyatt Hotels Baku – Landmark 4:3
İSR Holdinq - Crystal Motors 2:2

III tur
AGBank - İSR Holdinq 2:4
Crystal Motors - FINCA Azerbaijan 7:3
Azerconnect - Hyatt Hotels Baku 0:2
Bank of Azerbaijan – Landmark 5:4

IV tur
FINCA Azerbaijan – Azerconnect 4:4
Landmark - İSR Holdinq 2:5
Hyatt Hotels Baku – AGBank 5:4
Crystal Motors - Bank of Azerbaijan 8:3

V tur
Hyatt Hotels Baku - İSR Holdinq 2:5
Crystal Motors – AGBank 8:2
Landmark - FINCA Azerbaijan 5:3
Bank of Azerbaijan – Azerconnect 4:4

VI tur
FINCA Azerbaijan - İSR Holdinq 3:4
AGBank – Landmark 4:3
Hyatt Hotels Baku - Bank of Azerbaijan 5:8
Crystal Motors – Azerconnect 9:2

VII tur
Hyatt Hotels Baku - FINCA Azerbaijan 5:5
AGBank - Bank of Azerbaijan 5:0
Azerconnect - İSR Holdinq 1:2
Crystal Motors – Landmark 5:0