logo

SOCAR M/O "10-cu Futbol Liqası"nı qazanıb

image
AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında təşkil edilmiş "10-cu Futbol Liqası"na yekun vurulub. Belə ki, 2015-ci ilin oktyabr ayında 9 komanda ilə start götürmüş liqada son turun oyunlarından sonra qaliblər müəyyənləşib. Yekun qarşılaşmalardan sonra “M/O” liqanın qalibi olub. “AGBank” ikinci, “Azerconnect” isə turnirdə üçüncü pilləyə sahib çıxıb.

Oyunlar başa çatdıqdan sonra "10-cu Futbol Liqası"nın mükafatlandırma mərasimi start götürüb. Tədbirdə İctimai Futbol Təşkilatları İctimai Birliyinin rəhbəri Elxan Tağızadə, veteran futbolçu İskəndər Cavadov iştirak edib. Qaliblərə kubok, diplom və müxtəlif hədiyyələr təqdim edilib. Bundan başqa, nominasiyalar üzrə mükafatlar da sahiblərinə təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.

"10-cu Futbol Liqası"nın qalibi – M/O
II YER – AGBank
III YER – Azerconnect

Liqanın ən yaxşı futbolçusu – Dimitrir Roqovski (Paşa Bank) və Oruc Sadıqov (Azerconnect)
Liqanın ən yaxşı qapıçısı – Rəşad Alıyev (M/O)
Liqanın bombardiri - İlqar Musabalıyev (AGBank), Etibar Süleymanov (ACSC)
Liqanın "fair-play" komandası – Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin komandası
Liqanın ən yaxşı kapitanı – Rüstəm Bağırlı (AGBank)