logo

İdman Jurnalistləri arasında Futbol Turniri keçirilib

image
AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalistləri arasında 2 ay müddətində təşkil edilən “MEDİA turniri” başa çatıb. 2016-cı ilin idman jurnalistləri arasında keçirilmiş ən mötəbər turnirinin həlledici görüşləri AFFA-nın stadionunda baş tutub. Bürünc mükafat uğrunda keçirilən qarşılaşmada "İnternasional" və "CBC Sport" komandaları üz-üzə gəlib. Rəqibini 7:4 hesabı ilə məğlub edən birincilər 3-cü yerin qalibi olub.

Çempion isə "MX United" və "İdman Azərbaycan" arasında keçirilən oyundan sonra müəyyənləşib. Hesabı televiziyaçılar açsa da, üstünlüyü sona qədər qoruya bilməyiblər. Qazandıqları penaltini də boş verən "İdman Azərbaycan", sonda məğlubiyyətlə barışmalı olub. Mətbuat katibləri geridönüşlə 2:1 hesablı qələbə qazanaraq, kuboku başı üzərinə qaldırıb.

Bundan başqa turnir ərzində fərqlənən oyunçular da mükafatlandırılıb. Yarışın ən yaxşı qapıçısı Ramiz Mirzəzadə (İdman Azərbaycan) seçilib. Ən yaxşı oyunçusu Emin Abbasov (CBC Sport), bombardiri isə Emin Səfərov (İnternasional, 14 qol) olub. Futbol11.az saytının iştirakçı komandalar arasında keçirdiyi sorğunun qalibi isə İdman Azərbaycan komandasının kapitanı Sərxan İbrahimoğlu oldu. Sayt adından qalibə xatirə hədiyyəsi təqdim edildi.

Mükafatlandırma mərasimində İFT İB-nın prezidenti Elxan Tağızadə, AFFA-nın Baş katibinin müavini Sərxan Hacıyev, futbol veteranları Vaqif Sadıqov, Asim Xudiyev və media nümayəndələri iştirak edib.

A qrupu
1. CBC Sport               
2. İdman Azərbaycan  
3. Xəzər                       
4. Futbolinfo                
5. Niyə də yox            
 
B qrupu
1. İnternasional            
2. MX United              
3. Futbol+ qəzeti 
4. Bakı 
5. Yanq Boyz 

1/2 final
CBC Sport – MX United 3:4
Qollar:
Gündüz Abbaszadə-2, avtoqol // Anar Hacıyev, Nurlan İbrahimov-2, Firuz Abdulla

İnternasional – İdman Azərbaycan 1:3
Qollar:
Emin Səfərov // Tural Məmmədli-2, Sərxan İbrahimoğlu

3-cü yer
CBC Sport – İnternasional 4:7
Qollar:
Rüstəm Əfsərli-2, Şəmsəddin Abbasov, Gündüz Abbaszadə // Emin Səfərov-4, Elsevər Məmmədov, Anar Əsədov, avtoqol

Final
MX United – İdman Azərbaycan 2:1
Qollar:
Nurlan İbrahimov, Rüstəm Allahverdiyev // İsmayıl Abdullayev