logo

"Azerconnect" "XI Futbol Liqası"nın qalibi olub

image
AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında ənənəvi keçirilən sayca “XI Futbol Liqası”na yekun vurulub. 20 dekabr 2016-cı ildə 8 komanda ilə start götürmüş Liqada son turun oyunları 15 fevralın 2017-ci ildə keçirilib. 7 tur ərzində ən çox, 16 xal qazanmış "Azerconnect" şirkəti "XI Futbol Liqası"nın qalibi adını qazanıb. 15 xala sahib olmuş "Hyatt Regency Hotel" və "Medica Hospital" isə ikinci üçüncü pillələri bölüşüb. Son turun oyunları başa çatdıqdan sonra Liqanın mükafatlandırma mərasimi keçirildi. İFTİB-nin prezidenti Elxan Tağızadə, futbol veteranı, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevlə yanaşı, futsal üzrə Azərbaycan millisinin baş məşqçisi Biro Jade, kapitanı Rizvan Fərzəliyev, qapıçısı Rövşən Hüseynli, təcrübəli hücumçu Namiq Məmmədkərimov, komandanın aparıcı üzvlərindən Fineo de Araujo, Tyaqo Teles Martins və Villiams Oliveira Do Nascimento iştirak ediblər. Futzal millimizi dünya çempionatındakı uğurlu çıxışına görə alqışlayan turnir iştirakçıları apreldə Bakıda keçiriləcək Avropa çempionatının əsas mərhələsinin oyunlarında komandamıza uğurlar arzulayıb.

Əvvəlcə müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçulara diplomlar təqdim edilib:
Ən yaxşı qapıçı
– Ramiz Şahverdiyev (Metak)
Mükafatı təqdim etdi: Rövşən Hüseynli

Ən yaxşı oyunçu - Azad Salmanov (Modern Hospital), Ruslan İbrahimzadə (Hyatt Regency Baku)
Mükafatları təqdim etdi: Rizvan Fərzəliyev, Tyaqo Teles Martins

Ən sərrast futbolçu - Əlisalam Həmidov (Medika Hospital)
Mükafatları təqdim etdi: Villiams Oliveira Do Nascimento

FAİR-PLAY mükafatı - Baku Boulevard Hotel və AZ Sığorta
Mükafatı təqdim etdi: Namiq Məmmədkərimov

Sonda mükafatçı komandalara kubok və diplomlar təqdim edilib:
III yer
Medica Hospital
Mükafatı təqdim etdi: - Biro Jade

II yer
Hyatt Regency Baku
Mükafatı təqdim etdilər: Asim Xudiyev, Fineo de Arajuo

I yer
Azerconnect
Mükafatı təqdim etdi: Elxan Tağızadə