logo

İFT İB-nin tərəfdaşlığı ilə keçirilmiş yarış başa çatıb

image
2017-ci ildə İctimai Futbol Təşkilatları İctimai Birliyi daha bir layihədə iştirak edib. "Veysəloğlu Şirkətlər Qrupunun" dəstəyi və təşkilatçılığı, İctimai Futbol Təşkilatları İctimai Birliyinin (İFT İB) tərəfdaşlığı ilə şirkətdaxili futbol turniri keçirilib. Ümumilikdə 16 komandanın mübarizə apardığı yarış 3 həftə davam edib. Bakı Olimpiya Stadionunun mini futbol meydançasında təşkil olunan turnirin final matçında "Tess" (Maliyyə) və "Ulduz" komandaları üz-üzə gəliblər. Bu dueldən “maliyyəçilər” qalib ayrılıb. Belə ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda "Tess" komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək, yarışın qızıl medallarına sahib çıxıblar. 3-cü yer uğrunda həlledici görüşdə isə "Xonça" qələbə qazanıb. Oyundan sonra təltifetmə mərasimi keçirilib. Qaliblərə medal, diplom, kubok və pul mükafatı təqdim olunub. Bundan başqa turnirdə ən yaxşı qapıçı, ən yaxşı müdafiəçi və bombardir nominasiyaları üzrə də mükafatlar təqdim olunub. "Ulduz" komandasının üzvü Ağa Tarverdiyev “Ən yaxşı qapıçı”, Maddi Vəsaitlər komandasının oyunçusu Emil Babayev “Ən yaxşı müdafiəçi” adına layiq görülüb. Rəqib qapılarına 6 qol vuraraq “Bombardir” adına isə Hasilat komandasının futbolçusu Yasin Cəbizadə layiq görülüb.