logo

Futbol Liqası 2012/2013 mövsümünün püşkatması keçirilib

image
AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyi dövlət və özəl müəssisələr (banklar, şirkətlər, firmalar, holdinqlər və s.) arasında ənənəvi Futbol Liqası təşkil edir. Liqanı keçirməkdə əsas məqsədimiz futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, dövlət və özəl müəssisələrdə çalışan insanların, veteran futbolçuların, futbolsevərlərin asudə vaxtlarının səmərəli keçirilməsidir.

Liqa dairəvi sistem üzərində keçiriləcək. Yarış 1 (bir) dövrədən ibarət olacaq. Bütün komandalar çempionat ərizində biri-biriləri bir dəfə görüşə biləcəklər. Futbol Liqasında maksimum 3 şirkət birləşib 1 komanda ilə təmsil oluna bilərlər. Turnirdə Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşlarının iştirakı da mümkündür. Liqada həftədə bir tur keçiriləcək. Gün ərzində üç görüşün keçirilməsi nəzərdə tutulub. Oyunlar 19:30, 20:30 və 21:30-da başlayacaq.

Liqada ilk üç yeri tutacaq komandaların oyunçuları, müvafiq medallar, kuboklar diplomlar və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Bundan başqa, AFFA-nın hazırladığı hədiyyələr də qaliblərə paylanılacaq.

Sentyabrın 29-da Futbol Liqasının püşkatma mərasimi keçirilib. İlk turda son çempion “Embawood” istirahət etməli olacaq.

Qeyd edək ki, 13 komandanın iştirak edəcəyi və Liqanın hər turunda bir komanda istirahət edəcək.

Futbol Liqası 2012/2013
I tur
2 oktyabr

19:30 Bank of Azerbaijan – Hilton Hotel
20:30 Landmark – Comp US və HP
21:30 Azər-Türk Bank – AFB Bank

3 oktyabr
19:30 Bakcell – Access Bank
20:30 Nar Mobile – Nobel Oil
21:30 Yapı kredi Bank – Nyatt Hotels Baku