logo

Millimiz Hərbçilər arasında baş tutan Dünya Kubokunda 4-cü olub

image
Azərbaycan yığması Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirini IV yerdə başa vurub. AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da bu gün keçirilmiş III yer uğrunda oyunda Kot d`İvuar komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.
Hərbçilər arasında 1-ci Dünya Futbol Kubokunun qalibi isə həlledici görüşdə Oman millisini məğlub edən İraq seçməsi olub. Final oyunundan sonra yarışın bağlanış mərasimi keçirilib.