logo

Millimiz Malta üzərində böyük hesablı qələbə qazanıb

image
Azərbaycan – Malta 3:0
Beynəlxalq yoldaşlıq oyunu
14 avqust. "Bakcell Arena". Saat 21:00
Baş hakim: Aleksandr Əliyev
Baş hakimin köməkçiləri: Alibek Aubekirov, Sanjar İskakov (hakimlər briqadası Qazaxıstandandır)
Dördüncü hakim: Rəhim Həsənov (Azərbaycan)
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Azərbaycan)
Hakim-inspektor: Gülağa Cabarov (Azərbaycan)
Sarı vərəqələr: M. Şükürov, 33, R. Abışov, 50, R. Dadaşov, 73 // K. Failla, 59, R. Fenech, 90+1
Qırmızı vərəqə: A. Agius, 67
Qollar: R. Dadaşov, 5; 71, R. Əliyev, 63

Azərbaycan
1. Kamran Ağayev
2. Bədavi Hüseynov
(18. Maksim Medvedev, 88)
3. Rasim Ramaldanov
4. Mahir Şükürov (k)
(14. Rəşad Sadıqov, 77)
20. Ufuk Budak
(5. Elnur Allahverdiyev, 46)
15. Ruslan Abışov
17. Araz Abdullayev
26. Qara Qarayev
(19. Rahid Əmirquliyev, 62)
22. Əfran İsmayılov
(9. Cihan Özkara, 62)
27. Rüfət Dadaşov
(24. Vüqar Əsgərov, 81)
11. Rauf Əliyev

Ehtiyat oyunçular:
12. Anar Nəzirov
23. Səlahət Ağayev
13. Vurğun Hüseynov
25. Elhad Nəziri
6. Rəşad Sadiqov
16. Cavid Hüseynov
Baş məşqçi: Berti Foqts

"Bakcell Arena"da Azərbaycan və Malta milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 3:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Oyunda hesabı Rüfət Dadaşov açıb. Rauf Əliyev komandamızın üstünlüyünü 2 topa çatdırıb. Qarşılaşmanın son qolunun müəllifi Rüfət Dadaşov olub."Bakcell Arena"da Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin üzvləri ilə görüşüb. Komandanı qələbə münasibətilə təbrik edən AFFA prezidenti, millimizə qarşıdakı oyunlarda da uğurlar arzulayıb.

Petro Qedin (Malta millisinin baş məşqçisi): “Azərbaycan yetərincə aqressiv və qələbəyə layiq oyun nümayiş etdirdi. Təəssüf ki, biz öz gücümüzü göstərə bilmədik. Azərbaycan yığması qələbəyə layiq idi. Bizim bu komandadan öyrənəcəyimiz hələ şox şeylər var. Fikrimcə, milliniz Malta ilə əvvəlki görüşlərlə müqayisədə daha yaxşı təsir bağışladı”.
Berti Foqts (Azərbaycan millisinin baş məşqçisi): “İlk hissədə oyunumuzdan razı qalmadım. Çünki topu tez-tez itirirdik. Fasilədə futbolçulara dedim ki, həyəcanlı yox, soyuqqanlı olmaq lazımdır. Onlara topu özlərində daha çox saxlamağı tapşırdım. İkinci hissədə komandanın çıxışından razı qaldım. Ümumilikdə, komanda şəklində pis təsir bağışlamadıq. Qarşıdakı görüşlərdə nəticə qazanmaq istəyiriksə, oyunumuzu daha da yaxşılaşdırmalıyıq”.