logo

Milli komandamız İsraillə heç-heçə edib

image
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası sonuncu səfər oyununu keçirib. Millimiz Ramat Gan şəhərində İsrail millisi ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu oyunun 61-ci dəqiqəsində Rahid Əmirquliyev vurub. 12 dəqiqə sonra Etey Shechter hesabda tarazlıq yaradıb.

İsrail - Azərbaycan 1:1
Dünya çempionatının seçmə mərhələsi
7 sentyabr. Ramat Gan. Ramat Gan şəhər stadionu. Saat 20:45
Baş hakim: Stefan Johannesson
Baş hakimin köməkçiləri: Stefan Wittberg, Fredrik Nilsson
Dördüncü hakim: Michael Lerjeus
Hakim-inspektor: Miroslav Radoman (Serbiya)
Komissar: Jean-François Crucke (Belçika)
Sarı vərəqələr: E.Tibi, 53 // R.Abışov, 4, R.Ramaldanov, 30, E.Allahverdiyev, 44
Qollar: E.Shechter, 73 // R.Əmirquliyev, 61
Azərbaycan: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov (21. Volodimir Levin, 71), 4. Mahir Şükürov
5. Elnur Allahverdiyev, 7. Araz Abdullayev (8. Qara Qarayev, 46), 9. Cihan Özkara, 10. Rüfət Dadaşov
11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov (16. Cavid Hüseynov, 78), 19. Rahid Əmirquliyev.

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Bədavi Hüseynov, 6. Rəşad Sadiqov, 13. Ruslan Qurbanov, 17. Vüqar Nadirov, 18. Maksim Medvedev, 20. Ufuk Budak, 22. Elhad Nəziri
Baş məşqçi: Berti Foqts

DÇ-2014-ün seçmə mərhələsində keçirilmiş İsrail – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Berti Foqtsun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: “1 xal qazandığımıza görə razıyam. Ancaq mənə elə gəlir ki, bu, azdır. Bilirəm ki, komandam daha yaxşı oynaya bilər. Oyundan tam razı qala bilmərəm. Nəticə vacib deyil. Biz Lüksemburqla da, Şimali İrlandiya ilə görüşlərdə də qalib gələ bilərdik. Mənimçün vacib olan yaxşı oyun göstərməkdir. Hər iki oyunda hesabda öndə olsaq da, rəqib son dəqiqələrdə qol vurdu”.