logo

Futbol Liqası 2013/2014 püşkatma, 1-ci tur

image
AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyi növbəti layihəsini həyata keçirir. Belə ki, yeni futbol mövsümünün başlaması ilə əlaqədar təşkilatımız dövlət və özəl müəssisələr arasında Futbol Liqası 2013/2014-də start verəcək.

İctimai Futbol Təşkilatları İctimai Birliyinin bu dəfəki təşkil etdiyi yarışda təşkilatımızın keçirdiyi turnirlərdə qalib olmuş (ilk üç pillənin sahibləri) komandaların iştirak etməyəcək. 8 komandanın iştirak etdiyi “Futbol Liqası-2013/2014” dairəvi sistem üzrə keçiriləcək. Komandalar hərəyə 1 dəfə üz-üzə gələcək. İlk tur oktyabrın 1-də (çərşənbə axşamı) keçiriləcək. Liqa noyabrın sonuna qədər davam edəcək. Beləliklə ilk turun təqvimini nəzərinizə çatdırırıq.

1-ci tur
1 oktyabr (Çərşənbə axşamı)
20:00
Finca Azerbaijan - Landmark
21:00 AGBank - Hyatt Hotels Baku

3 oktyabr (cümə axşamı)
20:00
Şərq-Qərb ASC - İSR Holdinq
21:00 Azər Türk Bank - CrystalMotors