logo

"Azerconnect" "XI Futbol Liqası"nın qalibi olub

image
AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında ənənəvi keçirilən sayca “XI Futbol Liqası”na yekun vurulub. Mükafatçıların turnir cədvəlindəki sıralanması yarışın son oyun günündəki nəticələr əsasında müəyyənləşəcəyindən, hər iki oyun gərgin, eyni zamanda maraqlı idman mübarizəsi şəraitində keçib. Əvvəlcə meydana “Baku Boulevard Hotel” və “Medica Hospital” komandaları çıxıb. Üçüncü yeri özü üçün təmin edən “həkimlər” qələbə qazanacağı təqdirdə turniri ikinci pillədə başa vurmaq şansını saxlayacaqdılar. Oyuna gözlənildiyinin əksinə olaraq rəqib fəal başladı. Hətta matçın gedişində onlar hesabda 2 top fərqi ilə önə keçdilər. Lakin əzmkarlıq göstərən və oyundan qopmayan “Medica Hospital” hesabda tarazlığı bərpa etmək bir yana, qələbə topunu vurmağa da müvəffəq oldu. Öz üzərlərinə düşən vəzifəni yerinə yetirən klinikanın komandası son matçın nəticəsini gözləməyə başladı.

Turnirin həlledici qarşılaşmasında isə ilk iki pillədə yer alan “Azerconnect” və “Hyatt Regency Baku” komandaları üz-üzə gəlib. Birincilərə qalib olmaq üçün heç-heçə də kifayət etdiyindən, ehtiyatlı oyuna üstünlük verdi. Otel təmsilçisi isə zirvəni ələ keçirmək və qalib komanda üçün təsis edilən kuboka sahib çıxmaq üçün mütləq qələbə qazanmaq istəyirdi. Əslində, oyunun axarı ikincilər istəyən kimi gedirdi. Hesabı açan “Hyatt Regency Baku” bu üstünlüyünü sona qədər qoruya bilmədi. Nəticədə matç heç-heçə başa çatdı və “Azerconnect” “XI Futbol Liqası”nın qalibi oldu.

Oyunlar baş açtdıqdan dərhal sonra mükafatlandırma mərasimi keçirildi. İFTİB-nin prezidenti Elxan Tağızadə, futbol veteranı, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevlə yanaşı, futsal üzrə Azərbaycan millisinin baş məşqçisi Biro Jade, kapitanı Rizvan Fərzəliyev, qapıçısı Rövşən Hüseynli, təcrübəli hücumçu Namiq Məmmədkərimov, komandanın aparıcı üzvlərindən Fineo de Araujo, Tyaqo Teles Martins və Villiams Oliveira Do Nascimento iştirak ediblər. Futzal millimizi dünya çempionatındakı uğurlu çıxışına görə alqışlayan turnir iştirakçıları apreldə Bakıda keçiriləcək Avropa çempionatının əsas mərhələsinin oyunlarında komandamıza uğurlar arzulayıb.

Əvvəlcə müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçulara diplomlar təqdim edilib:
Ən yaxşı qapıçı – Ramiz Şahverdiyev (Metak)
Mükafatı təqdim etdi: Rövşən Hüseynli

Ən yaxşı oyunçu - Azad Salmanov (Modern Hospital), Ruslan İbrahimzadə (Hyatt Regency Baku)
Mükafatları təqdim etdi: Rizvan Fərzəliyev, Tyaqo Teles Martins

Ən sərrast futbolçu - Əlisalam Həmidov (Medika Hospital)
Mükafatları təqdim etdi: Villiams Oliveira Do Nascimento

FAİR-PLAY mükafatı - Baku Boulevard Hotel və AZ Sığorta
Mükafatı təqdim etdi: Namiq Məmmədkərimov

Sonda mükafatçı komandalara kubok və diplomlar təqdim edilib:
III yer
Medica Hospital
Mükafatı təqdim etdi: - Biro Jade

II yer
Hyatt Regency Baku
Mükafatı təqdim etdilər: Asim Xudiyev, Fineo de Arajuo

I yer
Azerconnect
Mükafatı təqdim etdi: Elxan Tağızadə