logo

Həkimlər LİQASI / Doctors League

image
AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyi növbəti layihəsini həyata keçirməyə hazırlaşır. Dövlət və özəl müəssisələr arasında 12 Futbol Liqası keçirmiş Təşkilatımız bu dəfə daha bir yeniliklə xidmətinizdə olacaq. Belə ki, İctimai Futbol Təşkilatları İctimai Birliyi (İFT İB) ölkəmizdə fəaliyyət göstərən həkimlər arasında Həkimlər LİQASI / Doctors League təşkil edəcək. Liqanı keçirməkdə əsas məqsədimiz futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, həkimlərin asudə vaxtlarının səmərəli keçirilməsidir.

Oyunlar Futbol Akademiyasının stadionunda keçiriləcək. Bütün komandalar matçlardan əvvəl və sonra paltardəyişmə otaqlarından və hamamdan istifadə edə biləcəklər. Hər bir komanda fasilə və oyundan sonra içməli su ilə təmin olunacaqlar. Futbol Akademiyası AFFA-nın inzabati binasının ərazisində yerləşir.

Ünvan: Bakı AZ1025, Nobel pr, 2208-ci məhəllə.


Liqa dairəvi sistem üzərində keçiriləcək. Hər bir komandanın üzvünə AFFA-nın lisenziya vərəqəsi veriləcək. Bütün iştirakçılar meydançaya veriləcək lisenziya vərəqələri ilə daxil olacaqlar. "Həkimlər LİQASI / Doctors League" klinika şəklində və fərdi şəkildə də komanda yığıb iştirak etmək mümkündür. Turnirdə Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşlarının iştirakı da mümkündür.
Liqada həftədə bir tur keçiriləcək. Oyunlar həftəsonu şənbə və bazar günləri baş tutacaq. Gün ərzində üç görüşün keçirilməsi nəzərdə tutulub. Təqvim və oyunların saatı Təşkilat Komitəsi tərəfindən hazırlanacaq və komandalara təqdim olunacaq.
Liqada ilk üç yeri tutacaq komandaların oyunçuları, müvafiq medallar, kuboklar diplomlar və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Bundan başqa, AFFA-nın hazırladığı hədiyyələr də qaliblərə paylanılacaq.
Turnirin əsasnaməsi hazırlanıb və yarış iştirakçılarına veriləcəkdir.

* Komandaların öhdəlikləri:
Liqada iştirak edəcək komandalar hərəyə müxtəlif rəngli ən azı bir dəst forma götürməlidirlər. Formaların kürəyində futbolçuların nömrələri olmalıdır. Nömrə formadan tam şəkildə seçilməlidir. Qapıçının forması rənginə görə hər iki komandanın futbolçularının və hakimlərin formalarından tam şəkildə fərqlənməlidir.
* Qeydiyyat qaydaları:
Sifariş sənədləri çempionatın başlanmasına bir həftə qalmış İctimai Futbol Təşkilatları İctimai Birliyinin ofisinə təqdim olunmalıdır. Sifariş sənədləri göstərilən müddətdən gec təqdim olunarsa, komanda turnirə buraxılmayacaq.

* Turnirdə iştirak üçün aşağıdakı sənədlər tələb olunur:
a. Futbolçuların siyahısı
b. İştirakçıların şəxsiyyətini təsdiq edən sənəd və ya pasport (sürəti)
c. Tibb üzrə universitet diplomu

* Futbol Liqasının keçirilmə şərtləri
* Komandaların heyəti 1 qapıçı 5 futbolçudan ibarət olacaq.
* Oyunlar 4 nömrəli topla oynanılacaq.
* Liqanın təqvimi bir dəfə tərtib edilərək komandalara təqdim olunacaq. Heç bir komanda oyunun başqa vaxta keçirilməsini tələb edə bilməz.
* Oyunlar yalnız müstəsna hallarda başqa zamana keçirilə bilər.
* Qarşılaşmalar iki hissədən ibarətdir. Hər hissə 20 (iyirmi) dəqiqədir və hissələr arasında fasilə 5 (beş) dəqiqədə olcaq.
* Oyunların gedişində futbolçuların əvəzetmələrinə məhdudiyyət qoyulmur.
* Qapıçı 4 saniyədən artıq özündə topu özündə saxlaya bilməz. Bu qayda out atışları və küncdən zərbələr zamanı da qüvvədədir.
* Oyun ərzində qapıçıya bir dəfə ötürülmə verilə bilər. İkinci belə hal topun mərkəz xəttini keçməsi ilə baş tuta bilər.
* Komandaların heyətlərinə sonradan əlavə sifarişlər qəbul olunmayacaq.
* Komandalara təqdim edilən sifariş vərəqəsinə 11 (on bir) futbolçunun adı daxil edilir.

Əlaqələndirici şəxslər: Rəşad Məmmədov // Mahal Məmmədov
Tel: +994 55 511 34 00; 077 277 08 06 // +994 55 511 21 62
E-mail: rashad.mammadov@ift.az // mahal.mammadov@affa.az