logo

"İdman Azərbaycan" "Media turniri-3"ün qalibi olub

image
AFFA-nın Futbol Akademiyasının meydanında KİV əməkdaşları arasında təşkil edilən “Media turnir-3”ə yekun vurulub. AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İB-nın təşkilatçılığı ilə turnirin VII turunun oyunlarının nəticəsi formal xarakter daşısa da, kifayət qədər maraqlı keçib. Gümüş medalları təmin etmiş CBC Sport yarışı məğlub başa vurub. Çempion İdman Azərbaycan və bürünc medalçı MX United isə aktivlərinə növbəti qələbəsini yazdırıb. Son turun oyunları bombardirlər siyahısında dəyişikliyə səbəb olmaylb.

Beləliklə sayca üçüncü və ilk dəfə dairəvi sistemlə keçirilən turnirin qalibi İdman Azərbaycan olub. CBC Sport ikinci, MX United isə üçüncü yeri tutub. Oyunlar başa çatdıqdan sonra komandalara mükafatlar təqdim olunub. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və İctimai Futbol Təşkilatları İB-nin prezidenti Elxan Tağızadə təqdim ediblər.

Rövşən Əhlimanoğlu turnirin ən yaxşı qapıçısı, İlqar Tağıyev isə ən yaxşı oyunçusu seçilib. Sərxan İbrahimoğlu 19 qolla turnirin ən məhsuldar oyunçusu nominasiyanın qalibi olub. FAİR PLAY mükafatı isə “Bakı” komandasının kapitanı İbrahim Cəfərova təqdim olunub.


VII tur
24 noyabr
“İnternasional” – “Partizan” 5:0
“MX United” – “Futbol+” 7:1
“Xəzər Lənkəran” – “CBC Sport” 5:0
“Bakı” – “İdman Azərbaycan” 0:3