Hər il olduğu kimi xüsusi günlər üçün müxtəlif layihələr həyata keçirən İctimai Futbol Təşkilatları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə valideyn himayəsindən məhrum olan uşaqlarla görüşüb. Bu layihədə futbol veteranları ilə yanaşı liqalarda iştirak edən şirkət nümayəndələri də iştirak edib. Tədbirdə İFTİB-nin prezidenti Elxan Tağızadə, veteran futbolçu Asim Xudiyev, Oktay Abdullayeb, beynəlxalq dərəcəli referi Rüstəm Rəhimov və "VIII Futbol Liqası"nın qalibləri "Embawood", "Respblika Bank" və "Mətanət A" şirkətinin əməkdaşları  iştirak edib.  Görüş zamanı  uşaqlara müxtəlif hədiyyələr təqdim olunub (2020).