AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında tanınmış idman jurnalisti, mərhum Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunmuş “Media turniri-5” start götürüb. İlk oyun günündə açılışı “Əşrəfoğlunun dostları” və “CBC Sport” komandaları edib. Qeyd edək ki, startdan öncə mərhum idman jurnalisti Elnur Əşrəfoğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca komandalar xatirə fotosu çəkdirib. İlk oyunun günündə “Əşrəfoğlunun dostları” “CBC Sport”u 10:6, “Sportal” isə “Dostluq” komandasını 12:1 hesabı ilə üstələyib. Yarışın ikinci günündə isə daha iki qarşılaşma baş tutub. Nəticələrlə Sizi tanış edirik:
“Media turniri-5”
1-ci tur
“Əşrəfoğlunun dostları” - “CBC Sport” 10:6
Qollar: Səlim Abbasov (5), Rəşad Şükürov (2), Nurani İsgəndərov (2), Tarıyel İsgəndərov – Şəmsəddin Abbasov (2), İsmayıl Abdullayev (2), Firuz Abdulla, Rüstəm Əfsərli.
“Sportal” - “Dostluq” 12:1
Qollar: Mirbağır Cəfərli (5), Emin Abbasov (2), Sərxan İbrahimoğlu (2), Xanoğlan İmanov (2), Anar Əsədov – Emin Ağa.
“Zəngəzur” – “Xəzər” 2:6
Qollar: Səbuhi Həsənov, Kənan Həsənov // Nurlan İbrahimov-3, Fərid Ramazanov, Səxavət Qurbanov-2
“Dinamo-Bakı” – “Futbol+” 10:5
Qollar: Məsim Məsimzadə -7, Səfər Qazıyev, Babək Cahandarov-2 // Araz Babayev, İlkin Sultan, İsmayıl Xeyrullayev, Mahir Rüstəmli, Əli Raufoğlu