AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyi 2018-ci ildə növbəti futbol layihəsini həyata keçirib. Belə ki, təşkilatımız idman jurnalistləri arasında növbəti Futbol Turniri təşkil edib. Yarışda milli komandaların oyunları zamanı AFFA-da qeydiyyatdan keçən, eləcə də PFL-in akkreditasiyasına sahib olan jurnalistlər iştirak edib.  İdman jurnalistləri arasında bu idman növünün daha geniş təbliği və futbolun kütləviliyinin artırılması. İdman jurnalistlərinin asudə vaxtlarının səmərəli keçirməsi və sağlam bədəndə sağlam ruh prinsipi əsasında. İdman jurnalistləri arasında xoş ünsiyyətin yaradılması. 2018-ci il oktyabrın 3-də qeydiyyat başa çatmış və bir gün sonra AFFA-nın inzibati binasında "MEDİA turniri - 3"ün püşkatma mərasimi keçirilmişdi. Oktyabrın 6-da start götürən turnir ilk iki yarışdan fərqli olaraq dairəvi sistem üzrə 1 dövrədən ibarət olub. "MEDİA turniri - 3"ə 24 noyabr tarixində yekun vurulubBeləliklə sayca üçüncü və ilk dəfə dairəvi sistemlə keçirilən turnirin qalibi İdman Azərbaycan olub. CBC Sport ikinci, MX United isə üçüncü yeri tutub. Oyunlar başa çatdıqdan sonra komandalara mükafatlar təqdim olunub. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və İctimai Futbol Təşkilatları İB-nin prezidenti Elxan Tağızadə təqdim ediblər. Rövşən Əhlimanoğlu turnirin ən yaxşı qapıçısı, İlqar Tağıyev isə ən yaxşı oyunçusu seçilib. Sərxan İbrahimoğlu 19 qolla turnirin ən məhsuldar oyunçusu nominasiyanın qalibi olub. FAİR PLAY mükafatı isə “Bakı” komandasının kapitanı İbrahim Cəfərova təqdim olunub.

 

"MEDİA turniri - 3" / HAQQINDA

İştirakçı komandaların sayı – 8 komanda.

Qeydiyyatdan keçmiş jurnalist (futbolçu sayı) – 84 nəfər.

1. "MX Yunayted", 2. "İdman Azərbaycan", 3. "Xəzər Lənkəran", 4. "Futbol+ qəzeti", 5. "İnternasional", 6. "CBC Sport", 7. "Partizan", 8. "Bakı"