İctimai Futbol Təşkilatları İB 2017-ci ildə AFFA-nın dəstəyi ilə növbəti Media turnirini keçirib. İlk turnir ölkədə olduqca maraqla qarşılandığı üçün bu yarış təşkilatımız tərəfindən ənənvi qarfikə salınmaqla ildə bir dəfə keçirmək üçün təşkilatçı qismində işə başlayıb. Təxminən 4 ay müddətində davam edən layihədə qalib "İnternasional" komandası olub. Onlar həlledici qarşılaşmada "İdman Azərbaycan" kanalını məğlubiyyətə uğradıb. 3-cü yer uğrundakı görüşdə isə "Bakı" "Futbol+ qəzeti"ni məğlubiyyətə uğradaraq bürünc medallara sahib çıxıb. Qeyd edək ki, “İnternasional”ın qapıçısı Yusif Hüseynov turnirin ən yaxşı qapıçısı, “Bakı”nın təcrübəli hücumçusu Elnur Əşrəfoğlu isə ən yaxşı oyunçu nominasiyasına layiq görülüb. Yeri gəlmişkən, Əşrəfoğluna mükafatı təqdim edən futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının final mərhələsində geyindiyi millinin formasını da hədiyyə edib. Turnirin bombardiri isə 15 qol vuran "İnternasional"ın hücumçusu Xanoğlan İmanov olub. Komandalara mükafatları AFFA-nın Baş katibinin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Firuz Abdulla, PFL-in Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aslan Şahgəldiyev, futbol veteranı Asim Xudiyev, futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev təqdim ediblər.
"MEDİA turniri - 2" / HAQQINDA
İştirakçı komandaların sayı – 10 komanda.
Qeydiyyatdan keçmiş jurnalist (futbolçu sayı) – 99 nəfər.
1. "MX Yunayted", 2. "İdman Azərbaycan", 3. "Gənclərbirliyi", 4. "XL Marafon", 5. "Futbol+ qəzeti", 6. "İnternasional", 7. "Prosport", 8. "CBC Sport", 9. "Armada", 10. "Bakı"