İctimai Futbol Təşkilatları ilk xeyriyyə tədbirini 2011-ci ildə keçirib. Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə AFFA ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin əməkdaşları Sabunçu rayonunda yerləşən 22 saylı ruhi və əsəb xəstəliyindən əziyyət çəkən və valideyn himayəsindən məhrum olan uşaqlar üçün sanatoriyada  görüş keçiriblər. Tədbirdə  İFTİB-nin prezidenti Elxan Tağızadə, veteran futbolçu Asim Xudiyev, 15 yaşadək qızlardan ibarət milli komandanın üzvləri, dövlət və özəl müəssisələr arasında keçirilmiş mini-futbol turnirinin qalibi olan SOCAR AQŞ şirkətinin əməkdaşları  iştirak ediblər. Görüş zamanı  uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.