2010-cu ildən rəsmi şəkildə fəaliyyətə başlayan İctimai Futbol Təşkilatları İctimai Birliyi AFFA-nın dəstəyi ilə Nizamnamədə göstərilən punktlara əsasən, futbolsevər üçün bir neçə layihənin əsasını qoyub. Belə ki, təşkilatımız ölkədə ilk dəfə olaraq 2010-cu ildən başlayaraq dövlət və özəl müəssisələr arasında futbol çempionatı təşkil etməyə başladı. Futbolsevərlər arasında liqaları keçirməkdə əsas məqsəd futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, dövlət və özəl müəssisələrdə çalışanların, veteran futbolçuların, futbolsevərlərin asudə vaxtlarının səmərəli keçirilməsidir. AFFA-nın dəstəyi ilə təşkil edilmiş ilk Liqa 2010-cu ilin avqust ayında start götürüb və 5 ay davam edib. İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkil etdiyi "I Futbol Liqası" 2010-cu ilin dekabr ayında yekunlaşıb. Həlledici görüşdə  "SOCAR AQŞ" Az Tv-nin "Telefortuna" komandasını 3:2 hesabı ilə məğlubiyyətə uğradaraq çempion olub. Final görüşündən sonra turnirin mükafatlandırılma mərasimi təşkil edilib. Mərasimdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və A milli komandamızın müdafiəçisi Ruslan Abışov, veteran futbolçular vaqif Sadixov və Şakir Qəribov  iştirak edib. Qeyd edək ki, uzun marafonun sonunda qalib olmuş komanda 1500 AZN məbləğində pul mükafatına sahib çıxıb. 2-ci pillənin sahibi 1000, 3-cü pillənin sahibi isə 500 AZN məbləğində pul mükafatına yiyələnib.

 

İştirakçı şirkətlərin sayı – 16 şirkətin birləşmiş komandası / Qrup mərhələsi

Qeydiyyatdan keçmiş futbolçu sayı – 176 nəfər

1. "Telefortuna", 2. "Embawood" 3. "Veyseloğlu MMC", 4. "Telefortuna, 5. "SOCAR M/O", 6. "Access Bank", 7. "Nar Mobile", 8. "Dəmirbank", 9. "Bakcell", 10. "Hyundai", 11. "Viva SOCAR", 12. "Nurgün Group", 13. "Parabank", 14. "Crystal Motors", 15. "Nobel İnvestment Holdinq", 16. "VTB Bank"