AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə dövlət və özəl müəssisələr (banklar, şirkətlər, holdinqlər və s.) arasında mini-futbol turniri təşkil edib. Bu sayca təşkilatımızın 2-ci təşkil etdiyi böyük turnir olub. Liqada 20 komanda qalib adı uğrunda mübarizə aparıb. Yarış qrup mərhələsi sistemi üzrə keçirilib. 4 qrupun hərəsində 5 komanda olmaqla, ilk iki pilləni tutan komandalar 1/4 final mərhələsinə vəsiqə qazanıb. Futbol çempionatında ümumilikdə 223 sayda futbolçu qeydiyyatdan keçib. 2011-ci ilin sentyabrında çempionatın püşkatma mərasimi keçirilib. Mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. Çempionatın təşkilində əsas məqsəd bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, dövlət və özəl müəssisələrdə çalışan şəxslərin, veteran futbolçuların, futbolsevərlərin asudə vaxtlarının səmərəli keçirilməsidir. Azərbaycan Futbolunun 100 illik yubileyi ilə əlaqədar keçirilimiş "2-ci Futbol Liqası 5 ay müddətində davam edib. Yarışın qalibi "SOCAR" şirkəti olub. Həlledici görüşdə "Embawood"dan üstün olan neftçilər turnirin qalibi adını qazanıb. 3-cü yer uğrundakı görüşdə isə AZ TV-nin "Telefortuna" komandası "VTB Bank"ı məğlubiyyətə uğradıb. Final görüşündən sonra turnirin mükafatlandırılma mərasimi təşkil edilib. Mərasimdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və A milli komandamızın müdafiəçisi Ruslan Abışov iştirak edib. Qeyd edək ki, uzun marafonun sonunda qalib olmuş komanda 2000 AZN məbləğində pul mükafatına sahib çıxıb. 2-ci pillənin sahibi 1000, 3-cü pillənin sahibi isə 500 AZN məbləğində pul mükafatına yiyələnib.
İştirakçı şirkətlərin sayı – 20 şirkətin birləşmiş komandası / Qrup mərhələsi
Qeydiyyatdan keçmiş futbolçu sayı – 223 nəfər
1. "Telefortuna", 2. "Embawood" 3. "Veyseloğlu MMC", 4. "Landmark", 5. "SOCAR M/O", 6. "Access Bank", 7. "Nar Mobile", 8. "Dəmirbank", 9. "Bakcell", 10. "Hyundai", 11. "Viva SOCAR", 12. "Nurgün Group", 13. "Parabank", 14. "Crystal Motors", 15. "Nobel İnvestment Holdinq", 16. "VTB Bank", 17. "Finca Azerbaijan", 18. "Respublika Bank", 19. "Comp US və HP", 20. "Nissan".