İctimai Futbol Təşkilatları İB-i Azərbaycan Sığortaçılar Asossasiyası ilə birlikdə ölkəmizdə sığorta sahəsində çalışan futbolsevərlər üçün "Sığortaçılar Liqası" təşkil edilib. 16 komandanın iştirak etdiyi Liqa qrup sistemi üzrə keçirilib. Təşkilat komitəsi Liqaya marağın artırılması məqsədi ilə Liqanın rəsmi internet səhifəsini yaradıb (asl.az). Çempionat oyunları H. Əliyev adına Əl oyunları sarayında keçirilib. Nəzərinizə çatdıraq ki, turnirdə 16 komanda 4 qrupda mübarizə aparırıb. İlk iki pilləni tutan komandalar növbəti mərhələyə vəsiqə qazanıb. ABU Arenada turnirin final oyunları keçirilib. Əvvəlcə meydana 3-cü yer uğrunda görüşdə “AzSığorta” Şirkəti ASC və “Standard İnsurance” Şirkəti ASC-nin komandaları çıxıb. Maraqlı idman mübarizəsi şəraitində keçən matçda “Standard İnsurance” 3:2 hesabı ilə qələbə qazanıb. Final görüşündə isə “AzərSığorta” DSKŞ və “Beynəlxalq Sığorta Şirkəti”ləri qarşılaşıb. Birincilər 3:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi adını qazanıb. Mükafatlandırma mərasimində Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov da iştirak edib.

İştirakçı şirkətlərin sayı – 16 şirkətin birləşmiş komandası

Qeydiyyatdan keçmiş futbolçu sayı – 160 nəfər

“AzSığorta” Şirkəti ASC, “Atəşgah Həyat Sığorta” ASC, “Alfa Sığorta” Şirkəti ASC, “Beynəlxalq Sığorta Şirkəti” ASC, “Atəşgah Sığorta” Şirkəti ASC, “Era Trans Sığorta” Şirkəti ASC, “AzərSığorta” DSKŞ, “Meqa Sığorta” Şirkəti ASC, “Standard İnsurance” Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “AXA MBASK” ASC, “ATA Sığorta” Şirkəti ASC, “PAŞA Həyat Sığorta” ASC, “A-Group Sığorta” Şirkəti ASC, “Bakı Sığorta” Şirkəti ASC, “Qarant Sığorta” Şirkəti ASC