İctimai Futbol Təşkilatları İctimai Birliyi 2015-ci ildə növbəti layihəsini həyata keçirib. Bu dəfə təşkil olunmuş yarışda təşkilatımızın keçirdiyi turnirlərdə qalib olmuş (ilk üç pillənin sahibləri) komandaların iştirak etməyib. Ənənəvi, sayca 7-ci turnir olan bu layihədə 8 komanda qalib adı uğrunda mübarizə aparıb. “Futbol Liqası - 2015” dairəvi sistem üzrə keçirilib. Oyunlar AFFA-nın Futbol Akademiyasının meydançasında baş tutub. Komandalar hərəyə 1 dəfə üz-üzə gəliblər. 2015-ci ilin aprelin 20-də Liqanın püşkatma mərasimi keçirilib. İctimai Futbol Təşkilatları İctimai Birliyi təşkil etdiyi "Futbol Liqası - 2015"də ümumilikdə 28 oyun keçirilib. Liqa ərzində ən çox xal qazanan komanda "Crystal Motors" olub. Adıçəkilən şirkətin birləşmiş komandası 7 qarşılaşmada 6 qələbə və 1 heç-heçəyə imza atıb. Bu komanda ümumilikdə 43 qol vurub qapısından isə cəmi 14 top buraxıb. Eyni xala sahib olan, lakin şəxsi oyunlarda rəqibinə məğlub olan "İSR Holdinq"in birləşmiş komandası turniri ikinci pullədə başa vurub. "Bank of Azerbaijan" isə 10 xalla Liqanın bürünc medallarına sahib çıxıb. Liqa ərzində ən az vərəqə (sarı və qırmızı vərəqə) alan komanda isə "Hyatt Hotels Baku" olub. Ümumilikdə, Liqanın oyunlarında hakimlər tərəfindən 30 sarı vərəqə göstərilib. Cəmi 2 oyunda hakimlər qırmızı vərəqəyə baş vurub. Ümumilikdə, "Futbol Liqası - 2014"də aprelin 20-də start götürüb və iyunun 16-da yekunlaşıb. Sonuncu turun oyunları başa çatdıqdan sonra AFFA-nın Futbol Akademiyasının meydançasında Liqanın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Regional Futbol Federasiyası İctimai Birliyinin prezidenti İskəndər Cavadov, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev və İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə iştirak edib. İskəndər Cavadov futbolun inkişafı üçün həyata keçirilən layihələrdən, görülən işlərdən danışıb. Oqtay Abdullayev isə futbolun həm də sağlam həyat tərzini tərənnüm etdiyini bildirib. İFT-nin prezidenti Elxan Tağızadə isə rəhbərlik etdiyi qurum tərəfindən bu cür yarışların mütəmadi keçirildiyini, bununla da insanların futbola daha da yaxın olmalarına nail olmaq istədiklərini bildirib. Mükafatlandırılma mərasiminə isə müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçulara diplomların təqdim edilməsi ilə start verilib. Ən yaxşı futbolçu İSR Holdinqdən Ramil Ələkbərov, bombardir Bank of Azerbaijandan Kamil Tomirov, kapitan Azerconnectdən Samir Məhəmmədov, müdafiəçi AGBankdan Rüstəm Bağırov seçilib. Hyatt Hotels Baku-ya isə Feir Pley mükafatı təqdim edilib.

 

İştirakçı şirkətlərin sayı – 8 şirkət.

Qeydiyyatdan keçmiş futbolçu sayı – 103 nəfər.

1. "Crystal Motors", 2. "İSR Holdinq", 3. "Hyatt Hotels Baku", 4. "İSR Holdinq", 5. "AGBank", 6. "Finca Azerbaijan", 7. "Azer-Connect", 8. "Landmark"