AFFA-nın dəstəyi ilə  İctimai Futbol Təşkilatları İctimai Birliyi 2018-ci ildə dövlət və özəl müəssisələr arasında növbəti futbol layihəsini həyata keçirib. Bu yarışda 8 komanda qalib adı uğrunda mübarizə aparıb. Sentyabr ayında start götürən sayca 10-cu dəfə təşkil edilmiş liqa sentyabr ayında start götürüb 4 ay müddətində davam edib. “10-cu Futbol Liqası”nın qalibi “SOCAR” olub. M/O komandası ən yüksək xal toplayaraq qalib adını qazanıb. Nəticələrə əsasən, “Hydrasun Rapid S” ikinci, “AGBank” isə yarışı 3-cü pillədə başa vurub.  Sonuncu turun oyunları başa çatdıqdan sonra AFFA-nın Futbol Akademiyasının meydançasında Liqanın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Regional Futbol Federasiyası İctimai Birliyinin prezidenti İskəndər Cavadov, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev və İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə iştirak edib.

 

İştirakçı şirkətlərin sayı – 7 şirkət.

Qeydiyyatdan keçmiş futbolçu sayı – 94 nəfər.

1. "MO", 2. "Hydrasun Rapid S", 3. "ACSC", 4. "Park İNN Hotel", 5. "AGBank", 6. "Azer-Connect", 7. "Landmark"