İctimai Futbol Təşkilatları İctimai Birliyinin ənənəvi təşkil etdiyi Media turnirinin sayca 4-sü 2020-ci ildə keçirildi. AFFA-nın dəstəyi ilə baş tutan yarıç 3 ay müddətində davam edib. "Media turniri-4"ün həlledici qarşılaşmaları 20 sentyabr tarıxındə keçirildi Əvvəlcə meydana "Bakı" və "CBC Sport" komandaları çıxıb. Birincilər qarşılaşmada 5:1 hesabı ilə qələbə qazanaraq Liqada ikinci yeri tutub. Son görüşdə isə "İdman Azərbaycan" və "MX United" üz-üzə gəlib. Dramatık matçda Mətbuat xidmətlərindən ibarət komanda 4:1 hesabı ilə qələbə qazanaraq "Media turniri-4"ün qalibi adını qazanıb. Qeyd edək ki, 28 oyunun keçirildiyi Liqada ümumilikdə 89 idman jurnalisti qeydiyyatdan keçib. Son qarşılaşma başa çatdıqdan sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, İctimai Futbol Təşkilatları İB-nin prezidenti Elxan Tağızadə, futbol veteranı Asim Xudiyev və futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli iştirak edib. "Media Cup-4"ün ən sərrast futbolçusu 17 qolla Sərxan İbrahimoğlu (İdman Azərbaycan) olub. Yarışın ən yaxşı futbolçusu Emin Abbasov (CBC Sport), ən yaxşı qapıçısı isə Ramiz Mirzəzadə (İdman Azərbaycan) seçilib. "Partizan" komandası isə "FAİR PLAY" mükafatına sahib çıxıb. Bundan başqa, Xəzər TV və "Futbol+" qəzeti turniri ən yaxşı işıqlandırdığı üçün təşəkkür plaketi alıb. İlk 3 yeri tutan komandalara diplom, medal və kubok, qalib komandaya isə UEFA Avropa Liqası Baku 2019-un Əməliyyat Qrupunun xüsusi hədiyyələri təqdim edilib.

 

"MEDİA turniri - 4" / HAQQINDA

İştirakçı komandaların sayı – 8 komanda.

Qeydiyyatdan keçmiş jurnalist (futbolçu sayı) – 89 nəfər.

1. "MX Yunayted", 2. "İdman Azərbaycan", 3. "Xəzər Lənkəran", 4. "Futbol+ qəzeti", 5. "İnternasional", 6. "CBC Sport", 7. "Partizan", 8. "Bakı"